Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətində qəbul

03 oktyabr 2013 | 15:00

02 oktyabr 2013-cü il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qəbul keçirdi. Qəbulda 35-dən artıq vətəndaş iştirak etdi. Qəbula şəhərlə yanaşı kəndlərdən (Topçu, Yuxarı Zərnava, Qalınçaq, İvanovka, Qubaxəlilli və s.) gələn sakinlər öz şəxsi və yaşadıqları ərazinin ümumi problemlərini qaldırdılar. Qeyd olunan məsələlər ünvanlı sosial yardım, səhiyyə, torpaq və digər sosial problemləri əhatə edirdi. Mirdaməd Sadıqov vətəndaşları bir-bir qəbul etdi və qaldırdıqları problemlərlə bağlı aidiyyəti qurumlara tapşırıq verdi.
Bütün qəbullarda olduğu kimi vətəndaşlar bu görüşdən də, onlara göstərilən diqqətdən də məmnun qaldıqlarını bildirdilər.

Keçidlər