İsmayıllıda yanğından zərər çəkmiş ailə ilə görüş keçirilib
14 sentyabr 2020 | 16:00
14 sentyabr 2020-ci il tarixdə Rayon İcra Hakimiyyəti başçısı Qubaxəlilli kəndində baş vermiş yanğından zərər çəkmiş ailə ilə görüş keçirib. Görüşdə hadisə barəsində ətraflı məlumat verilib. Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən ailə üzvlərinin hər biri dinlənilib, yanan evin sığorta olunmamasına baxmayaraq ailəyə dəstək olunacağı və köməklik göstəriləcəyi bildirilib.
Qeyd edək ki, 13.09.2020-ci il tarixdə İsmayıllı rayonu Qubaxəlilli kəndində ümumi sahəsi 30 kv metr olan 2 otaqlı yaşayış evi yanıb. Hadisə zamanı xəsarət alan olmayıb. FHN-nin İsmayıllı rayon şöbəsinin yanğınsöndürənləri tərəfindən yanğın söndürülüb.