Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd yollarında cari təmir işləri görülür

15 sentyabr 2020 | 16:00

Sumağallı-Qalacıq avtomobil yolunun 0-4  kilometrlik hissəsində cari təmir işləri aparılır. Yolda yaranmış qabarmalar aradan qaldırılır və çuxurlar doldurularaq dağılmış asfalt örtüyü yenidən bərpa olunur. İşlər “9 №-li Yol İstismarı” MMC tərəfindən həyata keçirilir.

Bundan əlavə Çayqovuşan kəndinin mərkəzi yolu texnika vasitəsilə düzləşdirilir və çınqıl materialı döşənir. Həmçinin, güclü yağışlar zamanı yaranmış sel sularının yola ziyan vurmaması üçün  6 yerdə su ötürücü borular quraşdırılır. Görülmüş işlərdə xeyriyyəçi kənd sakinləri yaxından iştirak edib. Növbəti mərhələlərdə qeyd olunan yola asfalt örtük döşənməsi nəzərdə tutulur.

 

Keçidlər