Şriftin ölçüsü :

Saytın rəngi :

Qışa hazırlıqda mütəşəkkillik.

04 oktyabr 2013 | 15:00

Əvvəlki illərdən fərqli olaraq yaşayış binalarının qış mövsümünə hazırlanması üçün daha səmərəli tədbirlər həyata keçirilir.
  Hər bir  binaya mütəxəssis baxışı keçirilir, nəticələrə uyğun görüləcək işlər müəyyənləşdirilir. Şəhər ərazisində olan 48 ictimai yaşayış binasının kanalizasiya və içməli su xətləri yeniləşdirilir. Artıq 15 binada bu işlər başa çatdırılmışdır və su sayğacları quraşdırılır.
M.F.Axundov küçəsində bir neçə il əvvəl quraşdırılmış qazanxananın gücü artırılır. Bununla da 48 mənzilli binanın qızdırılma problemi həll olunur. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yaşadığı 27 mənzilli bina da bu qış mövsümündə və sonrakı illərdə isitmə problemi ilə rastlaşmayacaq.
Heydər Əliyev prospektindəki 111 və 113 saylı binaların sakinləri də arxayın ola bilərlər ki, daha soyuqda qalmayacaqlar. Bu binalar üçün modul tipli qazanxana quraşdırılmasına başlanmışdır.
Qışa hazırlıq məsələsi Rayon İcra Hakimiyyəti rəhbərliyinin diqqətindədir və hər günün sonuna görülən işlər təhlil olunur, növbəti gün üçün tapşırıqlar müəyyənləşdirilir.

Keçidlər