Şriftin ölçüsü :

Saytın rəngi :

2 İyul – Azərbaycan Polisi Günü

02 iyul 2026 | 11:17

İctimai asayişin qorunması, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və qanunun aliliyinin təmin olunması naminə gecə-gündüz fədakarlıqla xidmət edən Azərbaycan Polisi dövlətçiliyimizin etibarlı dayaqlarından biridir.

2 İyul – Azərbaycan Polisi Günü münasibətilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov,  hüquq-mühafizə orqanlarının rəhbərləri və polis əməkdaşları ehtiram əlaməti olaraq Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.

Tədbir çərçivəsində xidmətdə fərqlənən bir qrup polis əməkdaşı təltif olunaraq onlara fəxri fərman və təşəkkürnamələr təqdim edildi. Bu, onların peşəkarlığına, məsuliyyətli fəaliyyətinə və dövlətə sədaqətlə xidmətinə verilən yüksək dəyərin ifadəsidir.

Peşə bayramı münasibətilə Daxili İşlər Nazirliyinin şəxsi heyətini və bütün polis əməkdaşlarını səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, şərəfli və məsuliyyətli xidmətlərində yeni uğurlar arzulayırıq.

Yaşasın Azərbaycan Polisi!

Keçidlər