Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdeldarbəyli kəndinə içməli su verildi

05 oktyabr 2013 | 15:00

Bu gün İsmayıllı rayonunun 123 təsərrüfatı olan Kürdeldarbəyli kəndinə içməli suyun verilməsi münasibəti ilə mərasim keçirilib.
Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov əlamətdar gün münasibətilə kənd əhalisini təbrik edib. Onlara su qədər uzun ömür arzulayıb.
“Azərsu” ASC-nin Birləşmiş Sukanal MMC-nin direktoru Etibar Məmmədov vurğulayıb ki, Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, bölgələrdə su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulur və bu sahədə işlər şəhər mərkəzləri ilə yanaşı, kənd və qəsəbələri də əhatə edir. O bildirib ki, kənddən 2 kilometr aralıda,  kənd səviyyəsindən 30 metr hündürlükdə hər birinin tutumu 100 kubmetr olan 2 anbar tikilib. Bununla da kəndin 531 sakini içməli su ilə təmin olunub.
Kənd sakinləri uzun illərdir uzaq məsafədən su daşıdıqlarını, nəhayət ki, bu əziyyətdən qurtulduqlarını deyib və sevinclərini bölüşüblər. Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər