Şriftin ölçüsü :

Saytın rəngi :

“Beynəlxalq Müəllim günü” ən yüksək səviyyədə qeyd olundu

06 oktyabr 2013 | 15:00

İsmayıllı müəllimləri il boyu çox səmərəli işlədiklərinə, yüksək nəticələr əldə etdiklərinə görə Rayon icra hakimiyyəti təhsil şöbəsi ilə birgə onların şərəfinə “Qala şadlıq” sarayında çox yüksək səviyyəli bayram tədbiri keçirdi. “Müəllim günü” çoxsaylı mükafatlarla, şən mahnılar, rəqslər və mənalı, dövlət mövqeli çıxışlarla müşayiət olundu.
  Millət Vəkili Novruzəli Aslanov, rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru Rəsul Balayev, YAP rayon təşkilatının sədri Əzizə Vahabova çox dəyərli fikirlərlə zəngin olan çıxışlar etdilər, müəllimlərin ünvanına səmimi təbriklər söylədilər.
Rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova 18 nəfər qabaqcıl məktəb direktoru və fənn müəlliminə RİH başçısının Fəxri fərmanını və pul mükafatlarını təqdim etdi.
İlk dəfə idi ki, laborantdan başlamış məktəb direktorlarınadək ən yaxşıların seçimi keçirildi. Rayon üzrə nominasiyalar üzrə ən yaxşı hesab edilən 24 nəfərə Noutbookun mükafat olaraq verilməsi qərara alınmışdı. Alqışlar altında mükafatları sahibinə rayon təhsil şöbəsinin müdiri Rasim Orucov çatdırdı.
Təhsil veteranı, uzun illər təhsil şöbəsinə rəhbərlik etmiş Fərman Bəşirov yaşa görə məktəblə vidalaşmış 25 nəfər qocaman müəllimə hədiyyələri və fəxri fərmanları təqdim etdi.
Bir başqa “ilk” də “Müəllim günü”ndə əksin tapdı. İndiyədək diqqətdə olmayan məktəblərdə əməyi çox olan texniki işçilərin,  zəhmətkeşlərin bir qrupu hədiyyələrə və pul mükafatına layiq görüldü.
Bütün nəsillərin təmsil olunduğu və mükafatlandırıldığı “Müəllim günü” ən yüksək səviyyədə qeyd olundu. hər bir iştirakçı gələcək fəaliyyət illəri üçün bayramdan çox şey apardı.

Keçidlər