İsmayıllıda 97 yaşlı kәnd sakini orduya 1000 manat köçürüb - VİDEO
İsmayıllının Tircan kənd sakini, II Dünya Müharibәsi veteranı 97 yaşlı Babakişi Fәtullayev Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ordumuzun uğurlu əməliyyatına dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 1000 manat məbləğində ianə köçürüb. Onun qazanc mәnbәlәri pensiya vә arıçılıq tәsәrrüfatıdır.
O, KİV nümayәndәlәrinә müsahibәsindә bildirib ki, tәşәbbüsü özü irәli sürüb. O, deyir:
"Öz vəsaitimdən mən də ordumuza 1000 manat köməklik göstərdim. Lazım olarsa 1000 AZN də keçirməyə hazıram. Çünki, müharibənin nə olduğunu yaxşı bilirəm. Buna görə də, torpaqlarımızı mənfur düşməndən təmizləmək üçün hamımız bir olmalı, möhtərəm Prezidentimizin ətrafında sıx birləşməliyik. Yaşasın Azərbaycan, Yaşasın cənab Ali baş komandan. Qarabağ Azərbaycandır!"
Qeyd edәk ki, kәnd ağsaqqalının oğlu İslam Fәtullayev dә sözügedәn fonda 300 azn ödәyib.