Şriftin ölçüsü :

Saytın rəngi :

Aşıqbayramlı kəndində yeni açılışlar təntənəsi

08 oktyabr 2013 | 15:00

Hər günü bir yeniliklə əlamətdar olan İsmayıllının Aşıqbayramlı kəndində                        07 oktyabr 2013-cü il tarixdə əsil təntənə yaşandı. İçməli suya olan ehtiyacı ödəmək üçün yeni qazılmış artezian quyusu və uzun illər baxımsız qalmış klub binası əsaslı təmirdən sonra istifadəyə verildi.
Yeniliklərə həsr olunmuş təntənəli mərasimdə rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək, görülən işə yüksək qiymət verdi. Əhalini hər iki münasibətlə təbrik etdi, yolun da tezliklə düzələcəyini (2014-cü ildə) bildirdi.
Aşıqbayramlı kənd İƏD üzrə nümayəndə Nazim Həmidov, kənd sakinləri Koroğlu Əsgərov, Yaşar Əliyev, Nadir Quliyev və Lətafət Mustafayeva bu dəyərli hədiyyə üçün dövlətimizə, onun rəhbərinə minnətdarlıqlarını bildirdilər.   
Aşıqbayramlı kənd tam orta məktəbinin müəllimi Şövkət İbadova çıxışında klubu bərpa etməklə kəndin mədəniyyətini, musiqisini və incəsənətini yenidən özünə qaytaranlara təşəkkür etdi, qayğıya görə dövlətə minnətdarlığını bildirdi. Həm də qeyd etdi ki, dövlət siyasətinin bütün istiqamətlər üzrə həyata keçirilməsi sahəsində rayonda qazanılan nailiyyətlər bütün əhalinin, xüsusilə ziyalıların razılığına səbəb olur.
Məktəbin və kəndin bədii özfəaliyyət kollektivləri sanki çıxışlar üçün çoxdan məşq edib hazırlaşmış və klubun istifadəyə verilməsini gözləyirmişlər. Açılışdan sonra rəqs qrupu, oğlanların ritm qrupu, hind rəqslərinin ifaçısı, yumorlu səhnəcik iştirakçıları çox müvəffəqiyyətlə çıxış etdilər.
Aşıqbayramlı kəndində sözün həqiqi mənasında böyük tədbir (konsert) oldu.
İsmayıllı şəhərində və kəndlərdə sosial problemlər ardıcıl olaraq həll olunduqca insanlar dövlətə, dövlətçiliyə, həyata daha möhkəm bağlanmışlar. Aşıqbayramlılar bu yolda addımlayanların sıralarını yeniliklərlə daha da sıxlaşdırdılar.

Keçidlər