Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda gündəlik reydlər davam edir

02 noyabr 2020 | 16:00

Rayon ərazisində  karantin qaydalarına əməl olunması ilə bağlı reydlər davam edir. İsmayıllı şəhərinin mərkəzi bazarında, marketlərdə, ticarət və xidmət oyektlərində əhali maarifləndirilib, karantin qaydaları bir daha izah olunub. Reydlər rayonda yaradılmış mobil qruplar tərəfindən keçirilir. Mobil qruplar rayon icra hakimiyyətinin, polis şöbəsinin, vergi idarəsinin, Qida Təhlükəsizliyi Agentliyinin yerli bölməsinin əməkdaşları, rayon ziyalıları və könüllülərdən ibarət təşkil olunub.

Xatırladırıq ki, son vaxtlar “COVID-19” infeksiyasına yoluxma sayının çoxalması səbəbindən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə karantin müddəti dekabrın 2-dək uzadılıb.

Əlavə olaraq vətəndaşlarımıza bildiririk ki, ölkəmizdə Vətən Müharibəsinin getdiyini nəzərə alaraq, bizdə sosial məsuliyyətimizi dərk edərək bu yolda dövlətimizə dəstək olmalıyıq. Biz  özümüzü və yaxınlarımızı qorumaqla yanaşı, həmdə ön cəbhəyə köməklik edə bilərik. Hər birimiz məsuliyyətli davranaraq hər iki cəbhədə, hər iki səngərdə düşmənə fürsət verməməliyik.

 

 

Keçidlər