Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda abadlıq işləri davam edir

07 noyabr 2020 | 16:00

İsmayıllı şəhərinin küçələri yenidən qurulur. Burada körpü və suötürcülər quraşdırılır, asfaltlanma işləri aparılır, işıqlandırma sistemi qurulur, piyada səkiləri yenilənir.

Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun şəhərdən keçən 26-28-ci kilometrliyində, Ə.Ələkbərzadə küçəsində yolun asfalt hissəsinin təmiri başa çatıb. Burda işıqlandırma sisteminin yenilənməsi və piyada səkilərinin yenidən qurulması işlərinə başlanılıb.

Bundan əlavə M.Əsədov və V.Osmanov küçələrində də abadlıq işləri aparılır. M.Əsədov küçəsindən keçən kanalın üstündə yeni körpü quraşdırılır. Bundan sonra küçəyə asfalt döşənəcək. V.Osmanov küçəsində isə yeni piyada səkisi quraşdırılır.

Hazırda ölkəmizdə Vətən Müharibəsinin getdiyi vaxtda arxa cəbhədə də əvvəldən nəzərdə tutulmuş abadlıq-quruculuq işləri və layihələr plana uyğun davam edir. Bunlar dövlətimizin qüdrətinin və ordumuz kimi iqtisadiyyatımızın da güclü olmasının nəticəsidir. Bu gün İsmayıllıda çəkilən yol sabah Şuşada, Xankəndində, Laçında çəkilən yollarla birləşəcək.

 

 

 

Keçidlər