Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun təbriki
Bu il Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının ümumxalq səsverməsi yolu ilə qəbul edilməsinin 25 ili tamam olur.
Ümummilli liderimiz, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də referendumla qəbul olunmuş Konstitusiya xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və mənəvi prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.
Konstitusiyamızın əsas qayəsi xalqın yekdil və sarsılmaz iradəsini əks etdirərək Azərbaycanın dövlət fəaliyyətinin əsas prinsiplərini və demokratik dövlət quruculuğu prosesinin başlıca istiqamətlərini müəyyənləşdirmişdir.
Bundan sonra ölkəmizdə bir çox sahələrdə, o cümlədən, hüquqi dövlət quruculuğu və insan haqlarının təmini sahəsində əhəmiyyətli dəyişikliklər baş vermişdir.
Bu gün Azərbaycan Konstitusiyası dolğun və mükəmməl bir sənəddir, ölkəmizin tərəqqisi üçün mühüm vasitədir. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyamıza edilmiş əlavələr əsas Qanunumuzu müasirləşdirdi və zənginləşdirdi. Cəmiyyətin hüquqi əsaslarının inkişafında mühüm dəyişikliklər etməklə yanaşı insan hüquq və azadlıqlarının təminatı üçün yeni institutlar yaratdı,.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuz tərəfindən azad olunmuş torpaqlarımızda, Konstitusiyanın müəyyən etdiyi prinsiplərin və başlıca müddəaların ardıcıl və tam surətdə tətbiq olunacaqdır. Həmçinin ərazi bütövlüyümüzün təmin edilməsində Konstitusiyamıza uyğun olaraq yeni mexanizmlər yaradılacaqdır.
Əziz həmvətənlər,
Sizi Konstitusiya Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə müstəqil və bütöv Azərbaycanın güclənməsi və tərəqqisi yolunda uğurlar arzulayıram.