27 Sentyabr – Anım Günü
İsmayıllı rayonunda 27 Sentyabr – Anım Günü münasibətilə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsi ehtiramla yad edilib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ziyarətdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların nümayəndələri, eləcə də rayon ictimaiyyəti iştirak edib.
Şəhidlərin məzarları ziyarət olunub, onların əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub.
Saat 12:00-da isə Anım Günü ilə əlaqədar rayon ərazisində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, avtomobillərin səs siqnalları verilib.
Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət etsin!
Vətən var olsun!






