Rayon üzrə 9 ayın sosial-iqtisadi inkişafın yekunları
Rayonun sosial-iqtisadi inkişafının 9 aylıq nəticələri bütün əvvəlki illərin müvafiq dövründən bu il yüksək olub. Cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri məsuliyyətlə yerinə yetirilib. 14 avqust 2013-cü il tarixdə İsmayıllıya etdiyi səfər zamanı ölkə rəhbəri bir çox obyektlərin açılışını edib, görülən işləri bəyənib, təqdir edib qarşıya daha möhtəşəm, sosial əhəmiyyəti daha böyük olan vəzifələr qoyub. Bütün bunlar barədə İsmayıllı rayonunun sosial-iqtisadi inkişafı sahəsində 9 ayda görülən işlərə həsr olunmuş hesabat iclasında geniş danışıldı.
İclas 19 oktyabrda 1100-da başladı. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov giriş nitqi ilə iclası açdı. RİH başçısının birinci müavini Rövşən Ağayev hesabat məruzəsi ilə çıxış etdi. Görülən işlərdən nisbətən kənarda olanlar da rayonun sosial-iqtisadi inkişafı sahəsində daha çox, daha fərqli iş gördüyünün şahidi oldular.
Su- kanalizasiya şəbəkəsi yenidən qurulub, avtovağzal, 100 nəfər qadın üçün iş yeri olan tikiş fabriki, məcburi köçkünlər üçün 45 evdən ibarət yeni qəsəbə, 150 yerlik 2 ”Xeyr-şər” evi, elektrik stansiyası, 40 yerlik uşaq bağçası, möhtəşəm “Qala divarları”, Polis şöbəsi üçün idarə binası, 3 məktəb tikilib, 2 klub əsaslı təmir edilib, rayonun ən qədim, ən köhnəlmiş küçəsi olan Mübariz Orucov küçəsi hasarları, təsərrüfat obyektləri evləri ilə, yolları ilə birgə yeni memarlıq üslubunda və müasir dizaynla əsaslı surətdə yenidən qurulub.
2 beşmərtəbəli yaşayış binası, YAP rayon təşkilatı üçün inzibati bina, Q.Aslanov küçəsində 120 yerlik uşaq bağçası tikilir, rayon mədəniyyət mərkəzinin və RİH-nın binaları əsaslı təmir olunur. Rəşid Mahmudov, Üzeyir Hacıbəyov, Cavad Məmmədov, H.B.Zərdabi küçələri yenidən qurulur. Yaşayış məntəqələrinin qazlaşdırılması sürətlə davam edir. M.F.Axundov, M.Orucov, Nizami, Q.Aslanov küçələrinə asfalt döşənib. Axundov küçəsində 3 mərtəbəli yaşayış binaları yeni üslubda tərtib olunub, dam örtüyü dəyişdirilib. Çoxsaylı digər işlər görülüb.
Məruzədə əks olunan bu və digər məsələlər ətrafında müzakirələrdə çıx edən Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, Basqal İƏD üzrə nümayəndə Novruz Əsədov, İsmayıllı quşçuluq fabrikinin sahibi Əfqan Əhmədov, iş adamı Bəylər Abdulov, İvanovka xəstəxanasının baş həkimi Marina Prokofyeva sosial-iqtisadi inkişafın müxtəlif istiqamətlərindən ətraflı danışdılar.
RİH-nın başçısı Mirdaməd Sadıqov səfərbəredici yekun nitqi söylədi.
Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.