Vergilər naziri Fazil Məmmədov qəbul keçirdi
Azərbaycan Respublikasının Vergilər naziri Fazil Məmmədov oktyabrın 25-də İsmayıllı şəhərində vətəndaşları qəbul edib. Qəbul Heydər Əliyev Mərkəzində baş tutub. İsmayıllı, Qəbələ və Oğuz rayonlarından 50-dən artıq vətəndaş qəbulda iştirak edib. Nazirin qəbuluna gələn vətəndaşlar əsasən vergi ödəyicilərinə göstərilən xidmətlər, vergilərin hesablanması, ödənilməsi, eləcə də vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlərlə bağlı fikirlərini çatdırıb, onları narahat edən məsələlərin həllinə kömək göstərilməsini xahiş ediblər.
Vergilər Naziri F.Məmmədov vətəndaşlar tərəfindən qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həlli barədə Nazirliyin müvafiq strukturlarına tapşırıqlar verib. Vətəndaşların bir sıra müraciətləri yerindəcə həll edilib, digər müraciətlərin də obyektiv şəkildə araşdırılacağı və konkret tədbirlər görüləcəyi bildirilib.