Şriftin ölçüsü :

Saytın rəngi :

28 dekabr 2024-ci il tarixdə şəhid ailələri və müharibə iştirakçısı olmuş təhsil işçiləri ilə "Dünya Azərbaycanlılarının Həmrəylik Günü"nə həsr edilmiş görüş keçirilib

29 dekabr 2024 | 10:11

28 dekabr 2024-ci il tarixdə İsmayıllı şəhərində RİH, ATİAHİ İsmayıllı Rayon Komitəsi və İsmayıllı Təhsil Sektorunun birgə təşkilatçılığı ilə  şəhid ailələri və müharibə iştirakçısı olmuş təhsil işçiləri ilə "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" nə həsr edilmiş görüş keçirilib.

Görüş öncəsi ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

RİH-nin nümayəndəsi Nəsimi Teymurov, YAP İsmayıllı təşkilatının sədri Zaur Muradov, Təhsil Sektorunun müdiri Rəşid Məmmədov, ATİAHİ- nin Rayon Komitəsinin sədri Hafiz Kərimov çıxış edərək Böyük Zəfəri xalqımıza qazandıran qəhrəman oğullara minnətdarlıqlarını bildiriblər. Dövlətimizin, ölkə rəhbərinin qazilərə, şəhidlərə verdiyi dəyər, torpağa, vətənə məhəbbətin müqəddəsliyi barədə fikirlər səsləndiriblər.

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbədə Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun müstəsna rolunu qeyd ediblər.

I və II Qarabağ müharibəsi iştirakçıları, veteranları və qazilər müharibə ilə bağlı xatirələrindən, göstərdikləri igidliklərdən bəhs edib, hərtərəfli sosial təminatla əhatə olunduqlarını qeyd ediblər.

Görüşdə qazilərə ATİAHİ- nin hədiyyələri və Fəxri Fərmanları təqdim edilib.

Tədbirdən xatirə şəkilləri çəkilib.

Keçidlər