Şriftin ölçüsü :

Saytın rəngi :

28 May Müstəqillik Gününə həsr olunmuş intellektual yarış keçirilib

27 may 2024 | 14:09

Dağlıq Şirvan Regional Təhsil İdarəsi İsmayıllı Rayonu üzrə Təhsil Sektoru təşkilatçılığı ilə rayonun ümumi təhsil müəssisələrinin müəllimləri arasında 28 May Müstəqillik Gününə həsr olunmmuş  "Nə? Harada? Nə zaman?" adlı intellektual yarışı keçirilib.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov,  YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədov, ATİAHİ İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, İsmayıllı Rayon Təhsil Sektorunun aparıcı məsləhətçisi Gülnarə Qurbanova, müxtəlif məktəb və təşkilatların komandaları iştirak edib.

18 komandanın iştirak etdiyi yarışın nəticələrinə əsasən:

I yerin qalibi - İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin "Sən həmişə bizimləsən"  komandası,

II yerin qalibi - S.Həsənov adına Qubaxəlilli kənd tam orta məktəbin "Qarabağ" komandası,

III yerin qalibi: B.Qarayev adına Girk kənd ümumi orta məktəbin komandası oldu.

Qalib olan komandaları təbrik edirik.

Keçidlər