"Qarabağ" ordeni ilə təltif olunan ismayıllılar
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrin hərbi qulluqçuları “Qarabağ” ordeni ilə təltif edilmişdir. Təltif olunanlar arasında İsmayıllıdan olan hərbi qulluqçuların adlarını diqqətinizə təqdim edirik.

Rüstəmov Zaur Zeynalabdul oğlu – polkovnik

Abduləzizov Elnur Abduləziz oğlu – polkovnik-leytenant

Haqverdiyev Qulam Fikrət oğlu – polkovnik-leytenant
.jpeg)
Qədirov Məhəmməd Valeh oğlu – leytenant
.jpeg)
Qarayev Əfsər Hafis oğlu – gizir
(1).jpeg)
Nəcəfov Fuad Taleh oğlu – miçman (ölümündən sonra)

Musayev Ramil Aydın oğlu – kiçik gizir (ölümündən sonra)






