Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın dostu Maksim Şevçenko İsmayıllıda olub – VİDEO/FOTO

15 dekabr 2020 | 16:00

Rusiyalı siyasətçi, televizya aparıcısı və ictimai xadim Maksim Şevçenko İsmayıllıda səfərdə olub. İvanovka kəndinə gedən qonağı malakanlar adətlərinə uyğun olaraq duz-çörəklə qarşılayıb. Kənd ağsaqqallarının da iştirakı ilə səmimi görüş keçirilib, qonağın şərəfinə Azərbaycanda fəaliyyət göstərən yeganə kolxozun məhsullarından ibarət süfrə açılıb. İvanovka Mədəniyyət Mərkəzində fəaliyyət göstərən malakan folklor qrupu mahnı və rəqslər ifa ediblər. Daha sonra qonaq mərkəzin nəzdində fəaliyyət göstərən muzey,  Heydər Əliyev fondu tərəfindən yeni inşa olunan uşaq baxçası və qədimi malakan evi ilə tanış olub, 1941-1945 müharibəsi abidəsini ziyarət edib. Kənd ictimaiyyəti ilə görüşüb onların yaşayışı ilə maraqlanan M.Şevçenko kəndə vəfat edən 1936-cı il təvəllüdlü ağsaqqalın dəfn mərasimində də iştirak edib.

Səfər çərçivəsində qonaq həmçinin, Buynuz kəndinə, Şahdağ Milli Parkına gedərək rayonun turizm potensialı ilə tanış olub.

Qeyd edək ki, məşhur siyasətçi, jurnalist və ictimai xadim Maksim Şevçenko ölkəmizin haqlı mübarizəsində həmişə Azərbaycanın mövqeyini dəstəkləyərək, əsasən də 44 günlük Vətən Müharibəsində haqq səsimizi dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayaraq xalqımızın rəğbətini qazanmışdır.

 

 

Keçidlər