Nərd yarışı
İsmayıllı rayonunda nərd oyununa maraq böyükdür. Təşkil olunmuş genişmiqyaslı yarış da buna əyani sübutdur. 9 noyabr Dövlət Bayrağı Günü münasibəti ilə Rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə nərd üzrə ağsaqqallar arasında rayon birinciliyi keçirildi. Açılış mərasimində çıxış edən İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Nəcəfli yarış haqqında ətraflı məlumat verdi. Tədbirdə çıxış edən İsmayıllı RİH başçısının birinci müavini Rövşən Ağayev bayram ərəfəsində təşkil olunmuş yarışın əhəmiyyətindən danışdı. İsmayıllı RİH başçısının müavini Sevil Əhmədova günün önəmini qeyd edərək yarış iştirakçılarına uğurlar arzuladı.
Yarışda 80 nəfərdən çox ağsaqqal iştirak etdi. Qaliblərə Gənclər və İdman İdarəsi və Rayon İcra Hakimiyyəti tərəfindən diplomlar və qiymətli hədiyyələr təqdim olundu.