Növbəti onlayn “Nümayəndə günü” keçirilib
İƏD (inzibati ərazi dairəsi) üzrə nümayəndələrin iştirakı ilə növbəti "Nümayəndə günü" keçirilib. “Zoom” proqramı üzərindən onlayn təşkil olunub. İclas İsmayıllı RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin 2020-ci ilin ikinci yarısı üçün nəzərdə tutulmuş iş planına uyğun olaraq ilin yekunları ilə bağlı olub.
Müşavirədə RİH başçısının şəhər, qəsəbə və kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərinin 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələrlə bağlı hesabatlarının, eləcə də 2021-ci ilin birinci yarım ili üçün iş planlarının hazırlanması, təsərrüfatbaşına uçot kitablarının təlimatın tələblərinə uyğun işlənilməsi, əmək intizamı, etik davranış qaydaları, vətəndaşların müraciətlərinə baxılması, ərazilərin sosial problemlərinin müəyyən edilməsi və onların həlli, sosial şəbəkələrdən istifadə və digər cari məsələlər ətraflı müzakirə olunub.
Həmçinin iclasda “COVID-19” virusunun yayılmasının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarlarının icrası, ərazilərdə ictimai-siyasi asayişin qorunması, informasiya təminatının gücləndirilməsi barədə tapşırıqlar verilib.