İsmayıllıda ümumrayon iməcliyi keçirilib
Rayonun bütün yaşayış məntəqələrində iməclik təşkil edilib. Ərazilər və yol kənarları tullantılardan təmizlənib, zibilliklər ləğv edilib həmçinin digər abadlıq işləri görülüb. İməcilikdə kənd icra nümayəndələri, bələdiyyələr, Kommunal Müəssisələr Kombinatının ərazilərə dislokasiya olunan işçiləri və sakinlər iştirak edib. İşlər rayon icra hakimiyyətinin təşəbbüsü ilə karantin qaydalarına əməl olunmaqla görülüb.
İsmayıllıda bü cür iməcliklər, ekoloji aksiyalar və maarifləndirici tədbirlər mütəmadi təşkil olunur. Bütün bu görülən işlərə baxmayaraq yol kənarlarına yenə də tullantılar atılır, yaşayış məntəqələrinin ətrafında kütləvi zibilliklər yaranır. Ona görə də bir daha rayonumuzun sakinlərini və qonaqlarını təmizliyə riayət etməyə, ətraf mühiti və təbiətimizi qorumağa çağıraraq bildiririk ki, təbiətin İsmayıllıya verdiyi gözəlliyə qıymayın, axı bura evimizdir.