Şriftin ölçüsü :

Saytın rəngi :

Gənc müəllimlər bir arada

05 noyabr 2013 | 16:00

İsmayıllı Rayon Təhsil Şöbəsində (RTŞ) gənc müəllimlərin Şura iclası keçirilib.
Tədbirdə çıxış edən Rayon Təhsil Şöbəsinin metodisti Şəkurə Quliyeva ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan danışıb. Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatları vurğulayan metodist ölkədə bütün sahələrdə əldə olunan nailiyyətlərin gənclərdən də yan keçmədiyini deyib. O, prezident İlham Əliyevin gəncliyin inkişafı istiqamətində imzaladığı fərman və sərəncamların əhəmiyyətindən danışıb.
İclasda iştirak edən Əməkdar müəllim Ramiz Baloğlanov, RTŞ-nin metod kabinə direktoru Hümbət Əsədov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov gənc müəllimlərə quruculuq işlərində ön sırada olmağı, ölkəmizin inkişafı üçün hər cür zəhmətə, fədakarlığa, qatlaşmağı tövsiyə ediblər.
Tədbirdə çıxış edən müəllimlərdən Şəkər Hacıyeva, Surə Mehdiyeva, Elvin Əliyev, Sevda İsmayılova rayonda təhsilin inkişafı, gənclər arasında ideoloji işin düzgün qurulması istiqamətində icrası mümkün olan layihələrlə bağlı fikirlərini səsləndiriblər.
Sonda 21 nəfər gənc müəllim  şuraya üzv seçilib.

Keçidlər