Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayonunda yaşayan xristian icmasına

07 yanvar 2021 | 16:00

Müqəddəs Milad bayramı münasibəti ilə  İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının təbriki

Hörmətli həmvətənlər!

Ölkəmizdə bir çox xalqların və dini icmaların nümayəndələri Azərbaycan xalqı ilə bərabər hüquqlu və yüksək rifah içində yaşayır. Ona görədə Azərbaycanın multikultural dəyərləri dünya üçün nümunədir. Respublikamızda yaşayan bütün xalqların nümayəndələri Azərbaycanı öz vətəni bilir və sevir. Biz bu sevgini 44 günlük Vətən Müharibəsi zamanı hər bir Azərbaycan vətəndaşının, müxtəlif dinlərin nümayəndələrinin göstərdiyi  birlik və əzmkarlığında  açıq aydın gördük. Bunun da bariz nümunəsi İvanovka kəndində yaşayan xristian icması gənclərinin döyüşlərə könüllü qatılması və orduya dəstək aksiyasının keçirilməsidir. Hər bir vətəndaşın Prezidentimizin ətrafında sıx birləşərək birlik nümayiş etdirməsi nəticəsində şanlı ordumuz tarixi qələbəsini qazandı.

Əziz xristian icmasının nümayəndələri!
Müqəddəs Milad bayramı münasibətilə Azərbaycanda yaşayan, xüsusilə rayonumuzun sakinləri olan xristian icmasının nümayəndələrini İsmayıllılar adından səmimi qəlbdən təbrik edirəm, sizə ən xoş arzularımı çatdırıram. Qoy bu nurlu bayram hər birinizə sevinc, səadət, ailənizə xoşbəxtlik, süfrələrinizə bərəkət nəsib etsin.
  Bayramınız mübarək!

Keçidlər