Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələri və qazilər özünüməşğulluq proqramına qoşuldu

07 yanvar 2021 | 16:00

İsmayıllıda şəhid ailələri və qazilər daim diqqətdə saxlanılır. Onlarla mütəmadi görüşlər keçirilir, qayğıları ilə maraqlanılır, problemləri öyrənilir və həlli istiqamətində tədbirlər görülür. 11 saylı Ərazi Məşğulluq Mərkəzi filialının əməkdaşları tərəfindən Vətən müharibəsində İsmayıllı rayonundan şəhid olmuş hərbi qulluqçuların ailə üzvülərinin eləcədə, qazilərin yaşadıqları ünvanlarda  görüşlər keçirilib və onların məşğulluq sahəsində olan ehtiyacları müəyyən olunub.

Görüş keçirilmiş şəhid ailəsi üzvlərindən 11-i, qazilərdən isə 26-nın aqrar təsərrüfat, avtomobillərin yuyulması və təmiri avadanlıqları, tekstil, qadın gözəllik salonu, şirniyyat sexi və başqa sahələri əhatə edən özünüməşğulluq proqramına qoşulması təmin olunub, digərlərinin də istəklərinə uyğun məşğulluq tədbirləri ilə təmin olunması üçün müvafiq işlər görülür. Həmçinin, 2 qazimiz öz istəyinə uyğun sosial iş yeri ilə təmin olunub.

Şəhid ailələrinin üzvləri və qazilər görüşlərdə arzu və təkliflərini bildirməklə yanaşı onlara daim qayğı ilə yanaşan ölkəmizin başcısı  İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq edib, rayon rəhbərliyinə və ictimaiyyətinə təşəkkürlərini bildiriblər.

Məlumat üçün bildiririk ki, ölkə rəhbərinin tapşırığı ilə İsmayıllı rayonunda şəhid ailələrinin üzvləri və qazilər ilə görüşlərin keçirilməsi davam edəcək, dövlətin yaratdığı bütün imkanlardan onların istifadə etmələri üçün köməklik olunacaqdır.

Keçidlər