Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı şəhərinin küçə və prospektlərində abadlıq işləri görülür

08 yanvar 2021 | 16:00

Şəhərin ən böyük küçələrindən olan Ə.Ələkbərzadə küçəsində abadlıq işlərinə başlanılıb. Burda ağacların aqrotexniki qaydada budanması, onlara forma verilməsi, arxların təmizlənməsi və digər bu kimi işlər gürülüb. Küçə boyu ətrafın yaşıllaşdırılması məqsədilə ağac əkiləcək ərazilərə münbit torpaq daşınır və yeri hazırlanır. Növbəti günlərdə digər küçə və prospektlərdə də belə tədbirlər nəzərdə tutulub.

İşlər İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İsmayıllı Kommunal Müəssisələri Kombinatının, 12 saylı Yol Yaşıllaşdırma və Suvarma Sistemləri idarələrinin kollektivi tərəfindən görülür.

Keçidlər