Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda KİV əməkdaşları təltif olunub

12 yanvar 2021 | 16:00

İsmayıllıda KİV əməkdaşları ilə görüş keçirilib. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı iştirak edib. Rayon rəhbəri İsmayıllı rayonu ilə bağlı məlumatların hazırlanıb ictimaiyyətə çatdırılmasına görə media mənsublarına təşəkkürünü bildirib.

Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan danışan RİH başçısı  söz və mətbuat azadlığının, demokratik mühitin bərqərar olunmasında ümummilli lider Heydər Əliyevin rolunu xüsusi vurğulayıb. Diqqətə çatdırıb ki, Ulu Öndərin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, kütləvi informasiya vasitələrinə dövlətimiz tərəfindən mütəmadi olaraq maddi və mənəvi dəstək verilir.

Media işçiləri milli mətbuatımızın inkişafına göstərdiyi diqqət və qayğıya görə rayonun rəhbərinə  minnətdarlıqlarını bildiriblər.

2020-ci il ərzində İsmayıllı rayonunun iqtisadi, sosial, humanitar və mədəni həyatındakı yeniliklərinin ictimaiyyətə çatdırılmasında səmərəli fəaliyyətlərinə görə bir qrup televiziya, qəzet və xəbər agentlikləri təşəkkürnamələrlə təltif olunub.

Xatırladaq ki, tədbir pandemiya qaydalarına uyğun olaraq keçirilib.

 

Keçidlər