Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayonunda daha bir məktəb inşa olunur

18 yanvar 2021 | 16:00

Ölkə başçısı İlham Əliyevin diqqəti, qayğısı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə  ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində İsmayıllı rayonunda xeyli işlər görülüb. Rayonda yeni məktəblər tikilir, əsaslı təmir  edilir, təhsil müəssisələri yeni avadanlıqlarla təchiz edilir.

İsmayıllı rayonunun Sumağallı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında 31.07.2020-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə məktəb sökülərək yenisi inşa olunur.

1970-ci  ildə tikilən məktəb 170 yerlik olub. Kənddə şagird sıxlığı nəzərə alınaraq 14 sinif komplektində olmaqla, 238  yerlik nəzərdə tutulub. Müasir layihə əsasında inşa edilən təhsil ocağının tikintisinə ötən  ilin noyabr ayında başlanılıb, hal-hazırda beton işləri görülür. Cari ilin sentyabr  ayına qədər istifadəyə verilməsi planlaşdırılıb.

Layihəyə əsasən məktəbdə akt zalı, fənn kabinetləri, kompyuter otaqları, laboratoriyalar, idman zalı, yeməkxana, eləcə də idmanın müxtəlif növləri üzrə açıq meydançalar inşa ediləcəkdir.

Keçidlər