İsmayıllının kəndlərində də 20 Yanvar şəhidləri anılıb
İsmayıllı şəhərində olduğu kimi kənd və qəsəbələrdə də 20 Yanvar anım günü kimi qeyd olunub. Rayonun Basqal, Lahıc qəsəbələrində, İvanovka, Zərnəva, Soltankənd, Mollaisaqlı, Hacıhətəmli, Qalagah, Sulut, Əhən, Ruşan, Xankəndi, Gəraybəyli, Qubaxəlilli, Talıstan, Diyallı, Təzəkənd, Tircan, Bizlan, Xanagah, Qalınçaq, Ruşan və Kürdmaşı kəndlərində şəhidlərin xatirəsi ehtiramla yad olunub.
Din xadimləri şəhidlərin xatirəsinə xütbə oxuyub, dualar ediblər. Sonra ziyarətçilər məzarlara qərənfillər düzüb, vətənimiz, dövlətçiliyimiz, müstəqilliyimiz uğrunda şəhid olanlara Allahdan rəhmət diləyiblər.
Gün ərzində şəhidlərin əziz xatirəsi kənd ictimaiyyəti və gənc nəslin nümayəndələri tərəfindən yad edilib. Hava şəraitinin çətin olmasına baxmayaraq Qarabağ müharibəsi əlilləri, veteranları, Vətən müharibəsi iştirakçıları, qazilər də aktivlik nümayiş etdirərək vətən uğrunda canlarından keçən bütün şəhidlərimizin məzarlarını ziyarət ediblər. Rayon ərazisində saat 12:00-da bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Xatırladaq ki, tədbirlər pandemiya qaydalarına uyğun olaraq keçirilib.