İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı "Dövlət qulluğunda fərqlənməyə görə " medalı ilə təltif edilib
İsmayıllı Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi - böyük məsləhətçi Rəhimova Göyçək Aydın qızı Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə ” medalı ilə təltif edilib.
RİH başçısı tərəfindən medal və vəsiqəsi G.Rəhimovaya təqdim edilib. Daha sonra kollektiv adından ona gül dəstəsi verilib.
Rayon rəhbəri G.Rəhimovanı təbrik edib və bundan sonrakı fəaliyyətində ona uğurlar arzulayıb. O, bildirib ki, bu medal sizin səmərəli fəaliyyətinizlə yanaşı, dövlətə və dövlətçiliyə sədaqətinizin bariz nümunəsidir.
G.Rəhimova da öz növbəsində Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevə, Birinci vitse Prezident Mehriban xanım Əliyevaya və İcra başçısına göstərilən etimada görə təşəkkürünü bildirərək qeyd edib ki, Azərbaycan xalqına, dövlətinə və dövlətçiliyinə sədaqətlə xidmət edəcək.