Şriftin ölçüsü :

Saytın rəngi :

YAP İsmayıllı rayon təşkilatı şəhid ailələri ilə görüşlərini davam etdirir

11 fevral 2021 | 16:00

Görüşdən öncə rayonda yerləşən Şəhidlər Xiyabanında Vətən torpaqlarının müdafiəsi zamanı canlarından keçmiş şəhidlərin xatirəsi yad edilmişdir.


Daha sonra rayon təşkilatının sədri Sevil Əhmədova və təşkilatın nümayəndələri  Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan YAP İsmayıllı rayon təşkilatının Şura üzvü, Baş leytenant Əhmədzadə Famil Ağaəhməd oğlunun və gizir Musayev Ramil Aydın oğlunun ailələrini ziyarət etmişlər. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların ailə üzvlərinə başsağlığı verən təşkilat nümayəndələri xalqımızın onlar kimi igidlərlə qürur duyduğunu vurğulayaraq son nəfəsinə qədər əzmlə vuruşan və şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişlər.


Görüş zamanı şəhidlərimizin Vətən qarşısındakı böyük xidmətlərindən bəhs olunub, ailələrə qəhrəman oğul böyütdüklərinə görə təşəkkür edilib, onların xatirələrinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğu bildirilib.


Qeyd edək ki, Famil  Əhmədzadə 1975-ci ilin sentyabrın 23-də Bakı şəhərində anadan olmuşdur. 2005-ci ildən Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının Şura üzvüdür. Rayonun ictimai-siyasi həyatında fəal iştirak edib. 30 sentyabr 2020-ci il tarixində könüllü olaraq Vətəni mənfur düşməndən xilas etmək üçün cəbhəyə yollanmışdır. Baş leytenant Famil Əhmədzadə cəbhə yoldaşlarının döyüş ruhunu artıraraq onları qələbəyə aparırdı. 14 oktyabr Talış kəndi və Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində və işğaldan azad edilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Vətən Uğrunda" və “Döyüşdə fərqlənməyə görə “ medalları ilə təltif edilmişdir.


Gizir Ramil Musayev, 1991-ci ildə Ìsmayıllı şəhərində anadan olub. XTQ giziri Ramil Musayev 2016-cı il Aprel döyüşlərinin iştirakçısı olmuş , iştirak etdiyi döyüşlərdə xeyli sayda düşməni məhv etmişdir. 3 oktyabr tarixində Vətən müharibəsinin Füzuli-Cəbrayıl cəbhəsində gedən gərgin döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində və işğaldan azad edilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ramil Musayev ölümündən sonra "Qarabağ" ordeni, "Vətən Uğrunda", "Cəbrayılın azad olunmasına görə" ,“Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

Keçidlər