Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının ildönümü qeyd edilib

13 fevral 2021 | 16:00

Fevralın 13-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaranmasının doqquzuncu ildönümü, həmçinin, Vətən Müharibəsi dövründə qələbənin əldə edilməsi naminə hərbi hissələrin hərbi vəzifəlilərlə, hərbi nəqliyyat vasitələri ilə komplektləşdirilməsi işinin təşkilində yüksək əzmkarlıqla xidmətin əməkdaşlarına köməklik göstərənlərin və arxa cəbhədə fəallığı ilə fərqlənənlərin təltif olunması ilə bağlı İsmayıllı rayonunda pandemiya qaydalarına uyğun olaraq tədbir keçirilmişdir.

Rayon İcra Hakimiyyətinin və Xidmətin rayon şöbəsinin əməkdaşları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, gül dəstələri qoyublar. Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı ilə birgə H.Əliyev Mərkəzində vətən müharibəsinə həsr olunmuş rəsm sərgisinə baxış keçirilib.

Xidmətin Rayon şöbəsinin rəisi polkovnik-leytenant Əfran Nəbiyev giriş nitqi ilə tədbiri açaraq doqquz il müddətində dövlət xidməti və rayon şöbəsinin keçdiyi uğurlu yoldan danışıb. Bildirib ki, Dövlət xidmətinin İsmayıllı şöbəsi də fəaliyyətini müasir tələblərə uyğun qurur. Hərbi xidmətə çağırışda və gənclərin hərbi xidmətə hazırlanmasında rayon icra hakimiyyətinin təşkilatçılığı ilə səmərəli iş aparılır.

Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək bildirib ki, Vətən müharibəsi kimi tarixə düşən və şanlı qələbəmizlə yekunlaşan bu döyüşlərdə 1000-dən artıq gəncimiz səfərbərlik xidmətinin xətti ilə könüllü müharibədə iştirak edib. Vətən uğrunda vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş və canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə tezliklə şəfa tapmasını arzulayıb.

Rayon rəhbəri həmçinin qeyd edib ki, SHXÇDX  yarandığı gündən gənclərin hərbi vətənpərvərlik tərbiyəsində, Azərbaycan Respublikasına, hərbi anda sədaqət hissinin, vətənin müdafiəsi naminə yüksək şəxsi məsuliyyətin formalaşdırılmasında göstərdiyi xidmətlər əvəzolunmazdır.

RİH başçısı 9-cu ildönümü münasibətilə Ə.Nəbiyevin simasında Xidmətin bütün əməkdaşlarını təbrik edib, bildirib ki, 44 günlük vətən müharibəsi dövründə ismayıllılar həm ön cəbhədə, həm arxa cəbhədə bir yumruq kimi birləşərək böyük əzmkarlıq göstəriblər.

Dövlət xidməti tərəfindən hərbi vətənpərvərlik işinin təşkilində xidmətlərinə görə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Rayon Suvarma Sistemləri İdarəsi, 9 nömrəli Yol İstismar MMC, eləcə də Nikitin adına kolxoz, Keyvəndi, Soltankənd, Qubaxəlilli, Zərnava, Qalagah, Lahıc, Gəraybəyli, Xankəndi İƏD üzrə nümayəndələr Fəxri Fərmanla təltif edilib.

Sonda tədbir iştirakçıları birgə xatirə şəkli çəkdiriblər.

 

 

Keçidlər