İsmayıllıda çay məcralarının və suvarma kanallarının təmizlənmə işləri davam etdirilir
İsmayıllı Suvarma Sistemləri İdarəsi tərəfindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin verdiyi tapşırıqlara həmçinin, cari iş planına uyğun olaraq fevral ayının müvafiq dövrü ərzində bir sıra işlər həyata keçirilmişdir.
Belə ki, əhalinin yaşayış evlərinin, fərdi təsərrüfatlarının, əkin sahələrinin sel sularından ehtibarlı mühafizəsini təmin etmək məqsədilə rayon ərazisindən keçən çaylarda ağır texnikalar (buldozer) vasitəsilə məcra təmizlənməsi işlərinə başlanılıb.
Həmçinin, Göyçay çayında 5700 m3, Axox çayında 7500 m3, Cülyan çayında 7900 m3, Talıstan çayında 6700 m3 olmaqla cəmi- 27800 m3 çay məcralarının təmizlənməsi işləri görülmüşdür.
Bununla yanaşı, suvarma mövsümünü tələb olunan səviyyədə başa çatdırmaq üçün rayonda mövcud olan suvarma kanallarının da lildən təmizlənməsi işlərinə başlanılıb.
Topçu suvarma kanalında 4800 m3, Göyçay çay - İsmayıllı magistral beton kanalında 7500 m3, Kürdmaşı suvarma kanalında 2400 m3, Qəzli-Aşıqbayramlı suvarma kanalında 7000 m3 olmaqla cəmi- 21700 m3 həcmində işlər aparılmışdır. Bundan başqa beton kanalların əl ilə kol-kosdan təmizlənməsi ilə əlaqədar 7850 m2 iş görülüb. Görülən işlər mütəmadi davam etdiriləcəkdir.
Görülən tədbirlər nəticəsində rayonun suvarılan ərazilərində kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı artacaq və məhsulların keyfiyyəti daha da yaxşılaşacaqdır.