"Gül sulayan qız” İsmayıllıda- VİDEO
Polşa rəssamı Natalia Rakın “Девочка с лейкой” “Gül sulayan qız” adlı əsərinin bənzəri İsmayıllıda yaradılıb. Şəhərin Əbülhəsən Ələkbərzadə küçəsində rəssam Rufan Abbasovun Qarabağ əlilləri və şəhid ailələrinin yaşadıqları 4 mərtəbəli yaşayış binasınının yan fasad hissəsində 13.2 m x 12.8 metr ölçüdə yaradılan əsər rayon sakinlərinin və İsmayıllı şəhərinə gələn qonaqların böyük marağına səbəb olmuşdur.
Əsərdə idea və məzmun baxımından dəyişiklik edilərək, bir neçə məna ümumiləşdirilmiş, buta təsvirləri ilə bəzədilmiş milli geyimli, saçı hörüklü və əlində Lahıc misgərlik sənət nümuməsi səhəng tutan balaca Azərbaycan qızı təsvir edilmişdir. Rəssam əsərdə ilk baxışdan həmin qızcığazın gülləri, çiçəkləri suvarmasını təsvir etsə də, əsas mənanı suvarılan “Xarı bülbül”də gizlətmişdir. Bununla da mənzərəni görən hər kəsdə ən böyük əsəri Vətən müharibəsində Azərbaycan əsgərinin yaratdığı təəssüratını çatdırmaqla yanaşı, Şuşaya və xarı bülbülə qovuşmağımızın gizlədilən mənasını reallaşdırmaqdır.
Həmçinin əsərin yeni inşa edilmiş 100 yerlik uşaq bağçası binasının yaxınlığında çəkilməsi rayonumuzun balaca sakinlərində rəssamlıq sənətinə maraq oyatmaq, təbiəti və gül-çiçəkləri qorumaq anlamını aşılamaqdır.
Sözügedən küçə rəssamlıq sənət nümunəsi İsmayıllı Rayon İcra Hakimiyyətinin sifarişi əsasında, bölgədə turizm sahəsinin inşafına yönəlik addım olaraq həyata keçirilmişdir. Həmin ərazidə abadlıq işləri aparılır və oturacaqlar quraşdırılıb.
Məlumat üçün bildiririk ki, bu işlərin davamı olaraq növbəti layihələrimizin şəhidlərimizə və vətənpərvərliyə həsr olunması nəzərdə tutulub.