Şriftin ölçüsü :

Saytın rəngi :

9 noyabr Dövlət Bayrağı Günü

09 noyabr 2013 | 16:00

Bu gün İsmayıllı rayonunda 9 noyabr Dövlət Bayrağı Günü münasibəti ilə təntənəli mərasim keçirilib.
Rayon mərkəzində Dövlət Bayrağı Günü münasibəti ilə təşkil edilən tədbirdən öncə rayonun məsul şəxsləri ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Sonra əllərində Dövlət Bayrağı tutmuş məktəblilər meydana mahnı ilə yürüş ediblər. 
Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bayram münasibətilə sakinləri təbrik edib, günün önəmindən danışıb. Bildirib ki,  milli bayraq mənəvi, siyasi, ideoloji baxımdan bir dövlətin və bir dövləti təşkil edən millətin simvolu olub, onların mövcudluğunu göstərən rəmzdir.

Tədbirdə müxtəlif əl işlərindən ibarət sərgi də təşkil edilib. Uşaqlar bayraq rəsmləri çəkərək istedadlarını nümayiş etdiriblər.
Tədbir rayonun incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.
 

Keçidlər