Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş flaşmob keçirilib- VİDEO

24 fevral 2021 | 16:00

Ölkənin hər yerində olduğu kimi İsmayıllı rayonunda da Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar tədbirlər həyata keçirilir. 24 fevral 2021-ci il tarixdə Xocalı faciəsinin ildönümünə həsr olunmuş flaşmob təşkil olunub. İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyinin Gənc Könülülərinin iştirakı ilə şəhərin mərkəzi meydanında təşkil edilən flaşmobda erməni cəlladları tərəfindən törədilən əsrin faciəsi olan Xocalı  soyqırımının dəhşətləri, insanlığa qarşı işlənmiş ağır cinayətlər, qarlı-şaxtalı havada dinc əhaliyə erməni vəhşilərinin divan tutması kimi səhnələr öz əksini tapıb.

Flaşmobun ardınca Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyinin Gənc Könülülərinin iştirakı ilə keçirilən tədbirdə Xocalı Şəhidlərinin və Xalqımıza zəfər tarixini yaşadan bütün şəhidlərimizin əziz xatirəsi yad edilib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın igid oğulları tərəfindən  44 günlük vətən müharibəsində Şəhidlərimizin qisası alınıb. Tezliklə Xocalı sakinləri öz doğma şəhərlərinə qayıdacaqlar orada şəhidlərimizin müqəddəs ruhuna dualar oxunacaq onların xatirəsi əbədiləşdiriləcəkdir.

Qeyd edək ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin müvafiq tapşırığına əsasən pandemiya qaydaları gözlənilməklə rayonun  bütün idarə və təşkilatlarında Xocalı faciəsinin ildönümünə həsr olunmuş silsilə tədbirlər ardıcıl olaraq həyata keçirilir.

 

 

 

Keçidlər