Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə İsmayıllı qadınlarının təbriki

08 mart 2021 | 16:00

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə İsmayıllı qadınlarının təbriki

Əziz analar və bacılar!
Sizi – 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Keçmişə nəzər salsaq Azərbaycan qadınları xalqımızın taleyində əhəmiyyətli rol oynayaraq, qızıl hərflərlə öz adlarını tarixə yazdırmışlar. Hər bir insanın  təfəkküründə ən əziz, ən qiymətli bilinən ana adı, ona verilən  yüksək qiymətin əyani təzühürüdür.

Ağır sınaqlardan alnıaçıq, üzüağ çıxmış Azərbaycan qadını bu gün də öz missiyasını şərəflə yerinə yetirir. Övladlarını vətənə sevgi, torpağa və xalqa sədaqət ruhunda tərbiyə edir. I Qarabağ və Vətən müharibəsi zamanı hər birimiz bunun şahidi olduq. Canlarını vətənimizin bütövlüyü uğrunda qurban edən qəhrəman oğullarımızın analarının, xanımlarının qarşısında baş əyirik.

Bu gün İsmayıllıda yüzlərlə qəhrəman yetişdirən fədakarlıq və möhkəm iradə göstərən anlarımızın hər birinin əllərindən öpərək bildirirəm ki, bizlərdə onların bir övladı kimi hər zaman yanındayıq.

Hörmətli, dəyanətli analarımız, hər birinizə möhkəm cansağlığı və ailə səadəti arzulayıram! Allah sizi və sizin doğmalarınızı qorusun!

Bayramınız mübarək!

Keçidlər