Şriftin ölçüsü :

Saytın rəngi :

12 noyabr Azərbaycan Respublikasının Konstitusiya günüdür

13 noyabr 2013 | 16:00

12 noyabrda İsmayıllı rayonunda Azərbaycan Respublikasının ilk konstitusiyasının-əsas qanununun qəbul edilməsinin 18 illiyi münasibəti ilə Heydər ƏliyevMərkəzində tədbir keçirilib.
Tədbirdə çıxış edən İsmayıllı rayon Məhkəməsinin hakimi Azad Əliyev əlamətdar gün münasibəti ilə ürəkdən təbrik edib. 12 noyabr 1995-ci ildə qəbul edilmiş konstitusiyada əksini tapan maddələr, insan hüquq və azadlıqları haqqında ətraflı məlumat verib. Bunu 9 milyonluq Müstəqil Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının tarixi nailiyyəti, uğuru olduğunu qeyd edib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Valeh Hüseynov Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə mükəmməl sənədin  hazırlandığını deyib.
Tədbirdə çıxış edən tarix müəllimləri Təranə Məmmədova və Sahil Əzimov konstitusiyanın qəbul olunmasını dövlətçiliyimizin tarixində ən parlaq hadisə kimi qiymətləndiriblər.  Qeyd edək ki, Konstitusiya günündə keçirilən tədbir həm də Mərkəzin nəzdində təşkil olunmuş Heydər Əliyev Məktəbinin bu il üçün son məşğələsi idi.
Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin fəaliyyət dövrünü, qanun toplularını özündə cəmləyən kitablar sərgilənib. Burada həm də rayon tədbirlərində fəal iştirak edən sənətçilərin ifasında canlı musiqi səslənib.

Keçidlər