Dini icma rəhbərləri ilə görüş
Hicri-Qəməri təqvimi ilə 1435-ci ilin - Məhərrəm ayının başlanması ilə əlaqədar rayonun dini icma rəhbərləri, bir sıra idarə və təşkilat rəhbərlərinin iştirakı ilə görüş keçirilib. Görüşdə məqsəd Məhərrəm ayında vətəndaşların fəaliyyətdə olan məscidlərdə dini ayinlərin icrasının həyata keçirilməsində, dini və hüquqi qaydaların gözlənilməsi ilə bağlı olub.
Tədbirdə iştirak və çıxış edən RİH başçısı Mirdaməd Sadıqov bu sayaq tədbirlərdə dinin elmi mahiyyətinə üstünlük verilməsini diqqətə çatdırıb.
Görüşdə vətəndaşların aşurə günündə qan vermələrinin məqsədəuyğunluğu qeyd olunub.
Mərkəzi xəstəxananın rəhbərliyinə tədbirlə əlaqədar tövsiyyələr verilib.
Tədbirdə iştirak edənlər müqəddəs bayramlara xüsusi önəm verdiyinə görə dini əqidəsi təmiz olanlar adından rayon rəhbərliyinə minnətdarlıq və təşəkkür ediblər.