İsmayıllıda təhsil işçiləri vaksinasiyada fəallıq göstərir - VİDEO
06.04.2021 tarixindən etibarən, yaş məhdudiyyəti olmadan bütün təhsil işçilərinin (məktəbəqədər təhsil müəssisələrinin işçiləri də daxil olmaqla) vaksinasiyasına başlanılıb.
Koronavirus pandemiyası şəraitində normal tədris mühitinin davam etdirilməsi üçün pedaqoji və texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir. Bunu nəzərə alan və sağlamlıqlarına həssas yanaşan təhsil işçiləri vaksinasiya prosesində könüllü olaraq fəal iştirak edirlər.
Təhsil işçiləri yalnız qeydiyyat otağına yaxınlaşaraq şəxsiyyət vəsiqəsini təqdim edir, peyvənd vurulandan sonra 30 dəqiqə həkim müşahidəsində saxlanılır, daha sonra peyvənd edilənlərin hər birinə vaksinin ikinci dozasının vurulma tarixi barədə məlumat verilərək yola salınır.
Bu günə qədər İsmayıllı rayonunda 2 minə yaxın təhsil işçisi peyvənd olunub.
Pandemyanın ilk günlərində “Biz birlikdəyik” şüarı ilə başladıq, bu gündə həmin şüarla özümüzün və gələcəyimiz olan övladlarımızın sağlamlıqları üçün vaksinasiya prosesində fəal olmağa səsləyirik.