Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda yoluxmaların qarşısının alınması istiqamətində tədbirlər davam edir

08 aprel 2021 | 16:00

İsmayıllıda yoluxmaların qarşısının alınması istiqamətində tədbirlər davam edir

Rayon ərazisində koronavirus infeksiyasının qarşısının alınması məqsədi ilə gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri, yaş həddinə uyğun icazəsi olan sakinlərin vaksinasiyaya cəlb olunması, H5N8 və H5N5 serotipli quş qripinin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Rayon rəhbərinin və Rayon Polis şöbəsinin rəisinin iştirakı ilə mobil qruplar tərəfindən İsmayıllı şəhər ərazisində fəaliyyətinə icazə verilmiş  ticarət və digər oyektlərdə, sakinlərin sıx toplaşdığı yerlərdə,  eləcə də bazar ətrafında əhaliyə karantin qaydaları və 40 yaşdan yuxarı insanlara vaksinasiyaya cəlb olunma qaydaları izah olunub.

Aparılan tədbirlərin əsas məqsədi son günlər Respublika üzrə yoluxma sayının artması ilə əlaqədar qabaqlayıcı tədbirlər görmək, sakinləri maarifləndirmək, qoruyucu tibbi masqalardan və dezinfeksiyaedici məhsullardan istifadə etmək, eləcə də 40 yaşdan yuxarı sakinləri vaksinasiyaya cəlb etməkdən ibarətdir.

Bundan əlavə qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə də qeyd olunan tədbirlər mütəmadi olaraq həyata keçirilir.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiya yaş həddi və müvafiq kateqoriyalar əsasında mərhələli şəkildə həyata keçirilir.

Bir daha vətəndaşlarımıza bildirmək istəyirik ki, 1 ildən artıqdır ki, həyatımıza daxil olub tanışlarımızı, yaxınlarımızı, əzizlərimizi bizdən ayıran və daim bizi qorxu içərisində yaşadan bu xəstəlikdən tamamilə xilas olaraq normal həyatımıza qayıtmaq üçün "Biz Birlikdə Güclüyük" şüarı ilə bir olub yoluxmaların qarşısının alınması və vaksinasiya tədbirlərində fəal iştirak etməliyik.

Keçidlər