Şriftin ölçüsü :

Saytın rəngi :

Sudan istifadə edənlərin imkanları artır

15 noyabr 2013 | 16:00

    Dünya Bankı ilə Azərbaycan Hökuməti arasında 25 oktyabr 2011-ci il tarixdə “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına  dəstək” Layihəsinin icrası Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tapşırılmışdır.
Layihənin əsas məqsədi, respublikanın  rayonlarında, o cümlədən İsmayıllı rayonunda yeni yaradılmış Qurbanəfəndi, Qalınçaq, Kürdmaşı SİB-nın xidməti ərazisində təsərrüfatdaxili  suvarma və drenaj sistemlərini müasir tələblərə uyğun olaraq bərpa etməklə yanaşı, onların ofislərlə təchiz edilməsi nəzərdə tutulmuşdur.
Layihə hesabına 2012-ci ildə Qurbanəfəndi, Qalınçaq, Kürdmaşı SİB-nin ərazisində ofislər tikilib, mebellərlə  təchiz edilərək təmənnasız  olaraq sudan istifadə edənlər  birliklərinə təhvil verilmişdir.
Bu gündən Qurbanəfəndi SİB-nin xidmət etdiyi 783 hektar ərazidə təsərrüfatlararası , təsərrüfatdaxili suvarma və drenaj sistemlərinin müasir tələblərə uyğun olaraq bərpa edilməsinə başlanılmışdır.
Dövlət aqrar siyasətinin sosial yönümlü olması kənd təsərrüfatına bundan sonra daha çox xeyr verəcəkdir.

Keçidlər