Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar görüş-qəbullar davam edir

16 noyabr 2013 | 16:00

Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun kənd sakinləri ilə görüş-qəbulları davam edir. Bu gün RİH başçısı uzaq dağ kəndlərindən biri olan Şəbyan kəndində görüş-qəbul keçirib.
Kənd sakinləri kənddaxili elektrik xətlərində nasazlıq olmasını, içməli suyun çatışmamasını, kənddə mavi yanacağın olmadığını diqqətə çatdırıblar. Fərdi ev tikmək üçün icazə, maddi yardım istəyənlər də olub.
RİH başçısı kənddə olan problemlərdən məlumatı olduğunu,  qarşıdan gələn ildə kənddə iki subartezian quyusunun qazılacağını və yaşayış məntəqəsinin qazla təmin olunacağını bildirib  və aidiyyatı üzrə tapşırıqlarını verib.
Görüş başa çatdıqdan sonra RİH başçısı kənddə tikilən yeni məktəb binasında işin gedişi ilə maraqlanıb.

Keçidlər