İsmayıllı İcra Hakimiyyətində vətəndaş qəbulu davam edir
03 may 2021 | 16:00
03.05.2021-ci il tarixində RİH başçısı aparatında rayon sakinləri RİH başçısı tərəfindən qəbul edilmişdir. Mövcud pandemiya qaydalarına uyğun olaraq keçirilən qəbul zamanı icra başçısı rayon sakinlərinin müraciətlərini dinləmiş, problemləri ilə maraqlanmışdır. Onlara müraciətləri ilə bağlı qanunauyğun izahat verilmişdir. Rayon rəhbəri vətəndaşların problemlərinin həlli istiqamətində müvafiq işlər görülməsi üçün aidiyyəti üzrə müavinlərə və şöbə müdirlərinə tapşırıqlar vermişdir.