Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda vətəndaş müraciətlərinə diqqətlə yanaşılır

05 may 2021 | 16:00

İsmayıllıda vətəndaşlara olan xüsusi diqqət və qayğı davam etdirilir. İsmayıllı rayon İcra Hakimiyyəti mövcud pandemiya qaydalarına əməl edərək vətəndaşların icra başçısı tərəfindən növbəti dəfə qəbulunu təşkil etmişdir.

05 may 2021-ci il tarixdə keçirilən qəbul zamanı rayon sakinləri rayon rəhbərinə  problemləri barədə danışmış, qarşılaşdıqları çətinliklər üzrə müraciətlərini bildirmişdir. Onlara müraciətləri ilə bağlı qanunamüvafiq izahat verilmişdir. Qəbul zamanı rayon rəhbəri  vətəndaşların problemlərinin həlli istiqamətində aidiyyəti şəxslərə tapşırıqlar vermişdir.

Qəbulda iştirak edən vətəndaşlar arasında birinci və ikinci Qarabağ müharibəsi, o cümlədən atəşkəs dövründə əlil, qazi və şəhid olmuş şəxslərin ailə üzvləri də olmuşdur. Rayon rəhbəri hər zaman şəhid ailələrini, qaziləri və müharibə iştirakçılarını diqqətdə saxlamış, problemlərinə  həssaslıqla yanaşmış, həll edilməsi üçün müvafiq tapşırıqlar vermişdir.

Keçidlər