Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllının Hacıhətəmli kənd sakinləri ilə görüş keçirilib

26 may 2021 | 16:00

Kənd sakinləri ilə görüşdə Rayon İcra Hakimiyyətinin başçısı iştirak edib.

Mövcud pandemiya qaydalarına uyğun olaraq təşkil olunmuş səyyar qəbulda kənd sakinlərinin problemləri dinlənilib.

Vətəndaşların müraciətləri dinlənildikdən sonra RİH başçısı tərəfindən mövcud çatışmazlıqların qısa zamanda həlli üçün yerli əlaqədar orqanların nümayəndələrinə müvafiq tapşırıqlar verilib. Kənd əhalisi tərəfindən verilən təkliflərlə bağlı fikir bildirən rayon rəhbəri qeyd edib ki, qaldırılan məsələlər ətraflı öyrənildikdən sonra onların həlli istiqamətində lazımı tədbirlər görüləcəkdir.

Sakinlər görülən işlərə, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrə görə dövlət başçısına və RİH başçısına minnətdarlıqlarını bildiriblər.

Keçidlər