Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı melioratorları peşə bayramlarını qeyd ediblər

05 iyun 2021 | 16:00

İsmayıllı rayonunun melioratorları iyun ayının 5-də, pandemiya qaydalarına  uyğun olaraq peşə bayramlarını  qeyd edib.  Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin rayon mərkəzində yerləşən abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüblər.


Tədbirdə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı, İsmayıllı rayon Suvarma Sistemi İdarəsinin işçiləri  iştirak edib.


İcra başçısı peşə bayramları münasibəti ilə melioratorları təbrik edib, gördüyü işləri yüksək qiymətləndirib. İdarə rəisi rayon rəhbərinə tədbirdə iştirak etdiyi üçün təşəkkürünü bildirib, son vaxtlar görülən və nəzərdə tutulan işlər barəsində məlumat verib.


İdarə rəisi qeyd edib ki, 2021-ci ilin 6 ayında 114000 kubmetr suvarma kanalı lildən təmizlənib. Çay məcralarının təmizlənməsində göstərici 208000 kubmetrə çatdırılıb.  5 hidrometrik postun cari təmiri həyata keçirilib. 22 ədəd hidrometrik qurğunun cari təmiri başa çatdırılıb. Su ötürücü beton kanalların 500 metrində təmir işi aparılıb. Ümumilikdə 8883 hektar müxtəlif adda məhsul əkilmiş sahə suvarılıb. Göstərilən müddətdə suvarmanın müasir – damcı, çiləmə, pilot üsulları üzrə də uğurlu nəticələr əldə olunub.

Əvvəlki illərdə olduğu kimi, bu il də Qəzli-Aşıqbayramlı, Göyçayçay-İsmayıllı  kanallarının təmizliyi diqqətdə saxlanılıb. Talıstan və Cülyan çaylarının məcrasında təmizləmə işləri aparılıb. Talıstan çayında İsmayıllı şəhərinin sel sularından mühafizəsi üçün tələb olunan tədbirlər görülüb.


İsmayıllı rayon Suvarma Sistemi İdarəsinin rəisi  görülmüş işlər barədə məlumatla yanaşı, ölkənin melioratorlarına dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlığını bildirib, bundan sonra da təsərrüfatın bu vacib sahəsində səylə çalışacaqlarını vurğulayıb.

Keçidlər