Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün — 15 iyun Azərbaycanın müstəqillik tarixinin ən əhəmiyyətli günlərindən biri, Milli Qurtuluş Günüdür

15 iyun 2021 | 16:00

90-cı illərin əvvələrində Azərbaycan xalqı şəhidlərin qanı hesabına əldə etdiyi müstəqilliyi yenidən itirmək təhlükəsi ilə üzləşmişdi.

1993-cü il iyun ayının 15-də Azərbaycan xalqının istəyi ilə ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını öz üzərinə götürdü. Xalqımızın əzimkar mübarizəsini əks etdirən həmin gün xalqımız tərəfindən əsil qurtuluş tarixi, qurtuluş günü kimi qeyd olunur.

Ümummilli lider tərəfindən başlanan uğurlu dövlət siyasətini  davam etdirən Müzəffər Ali Baş Komandanımız bu gün Azərbaycanı daha da inkişaf etdirərək dünya arenasında layiq olduğu zirvəyə çatdırıb.

Bunların nəticəsidir ki, 30 ildən sonra işğal altında olan tarixi torpaqlarımıza qovuşduq. Bu gün xalqımız çox sevinclidir ki, bu əlamətdar günü Şuşada, Laçında Ağdamda, Cəbrayılda, Zəngilanda, Qubadlıda qeyd edir.

Müstəqilliyimizin bərpası torpaqlarımız uğrunda canlarından keçən vətən fədailərimizi, öz qanları ilə tarixin səhifəsinə əbədi həkk olunanları heç zaman unutmayacağıq.

Hörmətli həmvətənlər,
Sizi müstəqil dövlətçilik tariximizin xilası olan 15 iyun-Milli Qurtuluş Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Bayramınız mübarək.

Keçidlər