Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda növbəti "Nümayəndə günü" keçirilib

17 iyun 2021 | 16:00

17 iyun 2021-ci il tarixdə İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərin və bələdiyyələrin iştirakı ilə Rayon İcra Hakimiyyətində iclas keçirilib. Rayon İcra Hakimiyyəti başçısının iştirakı ilə keçirilən iclasda gündəlikdə duran mövcud aktual məsələlər müzakirə olunub.

İclas zamanı 18 yaşdan yuxarı sakinlərin vaksinasiya olunması, 2021-ci ilin birinci yarım ili üçün hazırlanmış iş planlarının icrası və ikinci yarım il üçün görülən işlərə dair hesabatların hazırlanması,  ərazilərdə təmizlik işlərinin aparılması, təsərrüfatbaşına uçot kitablarının təlimatın tələblərinə uyğun işlənilməsi, qanunsuz zəbt olunmuş torpaqların açılması, əmək intizamı, etik davranış qaydaları, vətəndaşların müraciətlərinə baxılması, ərazilərin sosial problemlərinin müəyyən edilməsi, onların həlli  və digər cari məsələlər ətraflı müzakirə olunub.

Həmçinin iclasda taxıl sahələrinin, meşə və yol kənarı ərazilərin şumlanması, yanğın təhlükəsizliyi tədbirlərinin keçirilməsi və baramaların təhvil verilməsi ilə əlaqədar mövcud məsələlər müzakirə olunub.

Keçidlər