Ümummilli lider Heydər Əliyevin anım günü
13 dekabr 2012 | 16:00
Ümummilli lider Heydər Əliyevin əbədiyyətə qovuşduğu gün onun monumental abidəsi kütləvi ziyarət məkanına çevrilir. 12 dekabr 2012-ci il tarixdə 3 minə yaxın İsmayıllı sakini ürəyinin hökmü ilə ulu öndərin abidəsini ziyarət etdi. Bundan sonra ziyarətçilərin bir hissəsi Heydər Əliyev mərkəzinə gəlib, onun həyatı və dövləti fəaliyyəti ilə bağlı sənədlərə, şəkillərə baxdılar, ümummilli liderə həsr olunmuş filmə tamaşa etdilər. Ekspozisiya zalında Heydər Əliyevin İsmayıllıya səfərləri barədə ziyarətçilərə geniş məlumat verildi. O zamankı mübarək səfərlərin şahidləri danışdılar.